RU

“Embawood” cərimələndi

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən “Embawood” MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov bildirib.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür”, - qurum rəsmisi əlavə edib.

Избранный
5
30
qafqazinfo.az

10Источники