RU

Dünyada neft daşıma qiymətləri kəskin artıb

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları fonunda dünya üzrə neft daşımalarının qiymətləri kəskin artıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Məlumatda eyd olunur ki, treyderlər Hindistan və Çinə çatdırılma üçün təcili olaraq tanker sifariş edirlər. Çin və Hindistan neftayırma zavodları ABŞ-nin Rusiya neftinə qarşı sanksiyalarından təsirlənməmək üçün özləri yeni təchizat mənbələri axtarırlar.

Reuters-in mənbələrindən biri bildirib ki, Yaxın Şərq-Çin marşrutu üzrə tarif yanvarın 10-dan etibarən 39% artaraq 37,8 min dollara çatıb. S&P Global Commodity Insights-a görə, ESPO neftini Kozmino limanından Çinin şimalına daşıyan Aframax tankerlərinin yük tarifləri yanvarın 13-də iki dəfədən çox artaraq 3,5 milyon dollara çatıb.

Qeyd edək ki, Bloomberg dünən xəbər verib ki, Çin neft şirkətləri və neft emalı zavodları Rusiyaİrana qarşı sanksiyalar səbəbindən neft tədarükündə fasilələr olduğu üçün Yaxın Şərq, Afrika və Amerikada təcili olaraq yanacaq almağa qərar veriblər.

Poliqon.info

Избранный
4
poliqon.info

1Источники