Hollandiyada 22-77 yaş arası təxminən 12 nəfər dondurulmuş göyərti yedikdən sonra hepatit A-ya yoluxub.
Nu.nl portalının məlumatına görə , məhsul ən böyük supermarketlər şəbəkəsi Albert Heijn-dən alınıb.
İki zərərçəkənin xəstəxanaya yerləşdirildiyi qeyd edilir. Artıq yüzlərlə insanın yoluxduğu ehtimal edilir.
Bundan əvvəl Rusiyanın əməkdar həkimi, epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko dünyada hepatit diaqnozunun yaxşılaşdığını açıqlamışdı.
DOĞRU.AZ