RU

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Bu il yanvarın 1-nə Azərbaycanda 1 597 229 vergi ödəyicisi olub.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxs və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,1 %, hüquqi şəxslərin sayı 7,3 % artıb.

Bu il yanvarın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190 367 vahid təşkil edib ki, bu da illik müqayisədə 8 % çoxdur.

Ötən il 14 441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 %-i elektron qaydada, 16,6 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Избранный
1
6
report.az

10Источники