RU

“Baku Elektroniks” və “TBC Bank”-ın adları "Meydan TV işi"ndə hallanır

Meydan TV ilə bağlı cinayət işində iki kommersiya qurumunun adı keçir.

Publika.az xəbər verir ki, bu proseslə bağlı diqqət çəkən detallardan biri ölkəyə pul gətirilməsində “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovanın adının hallanmasıdır. İkinci xüsusi nüans isə pul köçürülməsinin “TBC Bank” adlı bank olmayan təşkilatın vasitəsi ilə həyata keçirilməsidir.

Belə ki, bu haqda Baku TV tərəfindən hazırlanmış geniş süjetdə bəhs olunub. Süjetdə deyilir ki, “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə maliyyə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib. Bu vəsaitlər təkcə Şirməmmədovanın sözügedən hesabından qəbul edilməyib.

Materialda vurğulanır ki, ümumilikdə təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və “Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub. Maraqlıdır ki, “Baku Elektroniks” öz ə əməkdaşının, baş əməliyyatçının bu fəaliyyətindən nə dərəcədə məlumatlı olub? Ümumiyyətlə, mağazalar şəbəkəsinin bu işlə nə əlaqəsi var? Həmçinin, “Bank TBC” təşkilatı hesaba köçürülən maliyyə ilə bağlı hər hansı dəqiqləşdirmələr aparıbmı?

Избранный
2
7
publika.az

9Источники