Azərbaycanda keçirilən COP29 beynəxalq konfrasında iştirak edən könüllülərə 1500 manat xüsusi pul mükafatı verilməsi nəzərdə tutulub. Bu barədə Unikal saytı məlumat yayıb.
Bildirilib ki, könüllülər müvafiq banka yaxınlaşmaqla həmin mükafatı ala biləcəklər.
Rəsmi olaraq hələlik bu xəbər təsdiqini tapmayıb.
BMT-nin bu ilki iqlim sammiti, iki həftəlik gərgin danışıqlardan sonra, təyin edilən müddətdən iki gün keçsə də, iqlim maliyyələşdirilməsi ilə bağlı razılaşma ilə nəticələnib.
2035-ci ilə qədər illik 300 milyard dollar məbləğində razılaşma əldə olunsa da, bir çox inkişaf etməkdə olan ölkələr bu məbləğin yetərsiz olduğunu bildirdi.
Onlar həmçinin 2035-ci ilə təyin edilən son tarixin dünyanın təmiz enerji keçidini gecikdirəcəyi barədə xəbərdar etdilər.
Bəzi ölkələr, o cümlədən Hindistan, zəngin ölkələri məsuliyyəti inkişaf etməkdə olan ölkələrin də boynuna yıxmağa çalışmaqda tənqid etdilər.

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
Aytac
www.anews.az