RU

Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru, həkim kardioloq Fərid Əliyev tərəfindən əməliyyat edilib.

Bu barədə BSM-in Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova məlumat verib.

O bildirib ki, Nəriman Həsənzadənin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

“93 yaşlı pasiyentimiz 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib”, deyə o əlavə edib. (trend)

Избранный
4
30
xezerxeber.az

10Источники