RU

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bakı. Trend:

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi 2023-cüilin dekabr ayına nisbətən 104,9 faiz, o cümlədən, qida məhsulları,içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-qida məhsullarıüzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3faiz təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, 2024-cü ilin dekabr ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 101,0 faiz, yanvar-dekabr aylarındaisə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkiledib.

2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütünməmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən102,0 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 101,3 faiz təşkil edib.

Cari ilin dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarındandaha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin,balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın,süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının,almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın,göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın,kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının,limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökününqiymətlərində müşahidə olunub. Digər qida məhsullarınınqiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabraylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiztəşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qidamallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyenaməmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedikdöşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidəolunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddidəyişikliklər baş verməyib.

2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiqdövrünə nisbətən 104,0 faiz təşkil edib. Dekabr ayında əvvəlki aylamüqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşmaəsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindəngöstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalqsərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digərödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər başverməyib.

Избранный
8
12
az.trend.az

10Источники