RU

Baydenin işçiləri Ağ Evdən maşın-maşın məxfi sənəd çıxarırlar

Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat verib.

"Köçmək üçün yük maşınları artıq Ağ Evdədir və Baydenin işçiləri sənədləri yükləyirlər, çünki o, gələn həftə oradan köçməyə hazırlaşır", - deyə nəşr bildirib.

Agentlik qeyd edir ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və təhlükəsiz protokol vəd edib.

Həmçinin vurğulanıb ki, Bayden sonuncu dəfə postunu tərk edərkən özü ilə "minlərlə sənəd" götürüb, hansı ki, o sənədlər saxlanması üçün ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə göndərilməli idi.

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники