RU

Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“İki sahil” Ermənistan XİN-ə istinadla xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.

Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır.

"Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.

Избранный
3
16
ikisahil.az

10Источники