RU

DST metapnevmavirusu riski kimi qiymətləndirmir

İnsan metapnevmavirusu (hMPV) adi respirator virusudur.

Yenisabah.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı Ofisinin yaydığı məlumatda bildirilir.

Qurum mövsümi artımların müşahidə edilməsinə baxmayaraq, bu il virusa yoluxma halların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha az olduğunu diqqətə çatdırıb.

DST virusun yayılmasının qarşısını alma və riski azaltma üçün sadə, lakin təsirli profilaktik tədbirlərə riayət etməyi tövsiyə edib:

• Ev şəraitində qalmaq: Xəstəlik əlamətləri hiss edildikdə işə və ya ictimai yerlərə getməkdən çəkinmək;

• Maska taxmaq: İnsanlarla sıx təmasın olduğu və ya zəif havalandırılan məkanlarda maska taxmaq;

• Asqırma və öskürmə etiketi: Dirsək bükümü ilə ağız və burunu örtmək;

• Əlləri tez-tez yumaq: Sabun və su ilə əllərin yuyulması və ya spirt əsaslı antiseptiklərdən istifadə.


Telegram kanalımız
Избранный
8
yenisabah.az

1Источники