Müğənni Nazənin “ATV”də yayımlanan “Rəngarəng” verilişindəki açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Nəbioğlunun “Kişi toyuna gedirsinizmi?” sualına Nazənin belə cavab verib:
“Müğənni kişi toyuna da gedər, qadın toyuna da. Biz müğənniyik, bizim üçün naməhrəm heç nə yoxdur. Bir biz, bir də həkimlər. Yadıma gəlmir, kişi toyuna çoxdan getmişəm. Şadlıq evinin yuxarı mərtəbəsində Abbas Bağırov, aşağıda isə mən oxuyurdum. Adam sayı çox oldu, yuxarıdakıları şou zalına saldılar. Kişi toyunu orda idarə etmişəm. Hamısı doğmalarım, yerlilərim - cənub eli olub. Hiss etmədim ki, tək xanım müğənniyəm. Həyat yoldaşım mənimlə evlənəndə bilirdi ki, müğənni xanımla evlənir, evdar xanımla yox. Əlbəttə, çox uzaq yerlərdən toy üçün dəvət alıram, amma icazə vermir ki, nə edirsən, gedib təyyarədə qalacaqsan, şükür Allaha, nəyə ehtiyacın var? Düzünü deyim, ürəyim çırpınır, məni istəyirlərsə, getmək istəyirəm. Evdə otursam, ürəyim partlayar, ölərəm. Səhnədə olmağı sevirəm”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта