“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan “Qalatasaray”ın maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu oyunçuya rəsmi təklif göndərib. Rəhbərlik İlkay üçün illik 7,2 milyon sterlinq maaş önərib.
Təcrübəli oyunçu hələlik qarşı tərəfə heç bir cavab verməyib. 35 yaşlı futbolçunun başqa variantları da var. O, karyerasdını bitirib Pep Qvardiolanın yanında məşqçilik etmək istəyir.