Türkiyənin Baş Prokurorluğu Azərbaycanın Xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.
Redaktor.az xəbər verir ki, bu barədə hazırda ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova özünün instaqram hesabında yazıb.
O bildirib ki, Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir.
"Azərbaycanın məhkəmə sistemində Sevinc Heydərovanın xeyrinə qərar çıxarılsa da, bu qərar bir çox suallar doğurur. Çünki məhkəmə Sevinc Heydərovanın cərrahiyyə sertifikatını necə əldə etdiyini araşdırmayıb. Nevroloqun plastik cərrah sertifikatı ilə bağlı prosedurda bir neçə sənədi mövcuddur. Flora Kərimova həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etməyə başlayanda bu yol Türkiyəyə uzanır. Araşdırmalar zamanı məlum olur ki, Sevinc Heydərovaya cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Məhmət Bozkurt tərəfindən təqdim edilib. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün vəkil tutaraq hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədalətli şəkildə tanınır və orada şəxsi və tanış türkiyəlilər hüquqa zərərə təsir etmir. Xatırlayırsınızsa, professor Məhmət Bozkurt mənə sənədlərdəki imzanın ona aid olmadığını və Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu işdən sonra Sevinc xanım maraqlı bir açıqlama vermişdi. Guya mən Məhmət Bozkurtu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Görəsən, Türkiyənin məhkəmələrinə olan inam niyə bu qədər qorxulu görünür? Maraqlıdır. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub.Onları dinləyək, bu hekayə bitmədi!", - deyə Q.Ataşova yekunlaşdırıb.