RU

Overçuk: Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq istəyir


Moskva İrəvanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinə başlamaq qərarını Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Onlar (Ermənistan) Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs indiki vəziyyətin özəlliyi nədir? - Uzun müddətdir ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı danışıqlar gedir, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək mühüm addım atıb. Bu vəziyyətin özəlliyi də budur.

Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu rəsmi oirəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk”,-deyə o qeyd edib.

Musavat.com

Избранный
3
musavat.com

1Источники