Belçikanın “Fluksiz” şirkəti /Fluxys/ avqusta kimi Transadriatik qaz kəmərində pay əldə edə bilər. Bu barədə TAP-ın icraçı direktoru Ketil Tunqland bildirib.
Onun sözlərinə görə, BP, Fransa Total-ı və ARDNŞ gələn ay opsion ala bilər. “Fluksiz”, ehtimal ki, avqustda qoşulacaq”. – deyə Tunqland “Röyters”ə bildirib.
Belçika operatorunun baş direktoru Valter Perar təsdiq edib ki, “Fluksiz” əqdi tezliklə bağlamaq istəyir. “TAP-da iştirak bizim bazarların birləşməsi strategiyamıza uyğundur”, - deyə o, qeyd edib.
13 fevralda Afinada Yunanıstan, Albaniya və İtaliya ТАP-ın tikintisi üzrə hökumətlərarası saziş imzalayıb. İştirakçılar İsveçrənin Axpo (42,5%), Almaniyanın E.ON Ruhrgas (15%), Norveçin Statoil (42,5%) şirkətləridir.
ТАP kəməri ilə ildə 16 mlrd m3 qaz nəqli planlaşdırılır. Bunun 6 mlrd-ı Türkiyəyə, 10 mlrd m3-i Yunanıstan, İtaliya və Bolqarıstana veriləcək. Zərurət yaransa, kompressor stansiyaları tikməklə ТАP-ın buraxılış qabiliyyəti artırıla bilər. --0--