RU

Prokuror Seymur Həzini 6 il müddətinə mühakimə etməyi təklif edib

Bu gün Abşeron rayon məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə prokuror çıxış edib. O, Həzinin 6 il, digər təqsirləndirilən şəxs Məhərrəm Həsənovun 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə Turan-a vəkil Adil İsmayılov bildirib.

Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib. Həmin iclasda vəkillərin və təsqsirləndirilən şəxslərin çıxışları gözlənilir. Vəkil həmin gün hökm çıxarılacağını istisna etmir.

Müdafiə tərəfi hesab edir ki, Həziyə qarşı planlaşdırılmış təxribat törədilib və jurnalist peşə fəaliyyətinə görə təqib olunur.

Xatırladaq ki, 29 avqust 2014-cü ildə avtobus dayanacağında Məhərrəm Həsənov jurnalistə yaxınlaşıb və facebook-da ona yazmamaq tələbi ilə onu təhqir etməyə başlayıb. Daha sonra o, yumruqla Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücum edən şəxsi əlindəki butılka ilə vurub. Elə həmin vaxt polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb.

Seymur Həzi müxalif “Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri, həmçinin ölkə hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet TV-nin aparıcısıdır. -1606D-

Избранный
4
turan.az

1Источники