RU

Beynəlxalq təşkilat DİM-ə uyğunluq sertifikatı təqdim edib

Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) apardığı təkrar auditin nəticələrinə və buna əsasən Dövlət İmtahan Mərkəzinə (DİM) uyğunluq sertifikatının təqdim olunmasına həsr olunan tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə DİM-in rəhbərliyi və kollektivi, RCEC təşkilatının direktoru Jan Arnold Brauer iştirak edib.

DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə RCEC təşkilatının apardığı təkrar auditin əsas məqsədinin qurumun Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi ilə yanaşı auditin nəticələrinə əsaslanaraq sisteminin effektivliyinin daha da artırılması olduğunu qeyd edib:

"Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib".

Sədr vurğulayıb ki, auditin nəticəsi DİM-in fəaliyyətində innovativ yanaşmaları və müasir idarəetmə sistemlərini tətbiq etdiyini və dövrün çağırışlarına əsasən fəaliyyət göstərdiyini bir daha sübut edir.

RCEC təşkilatının direktoru A.Brauer isə bildirib ki, bu audit qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləməklə yanaşı imtahan prosesində ədalət, etibarlılığı da nümayiş etdirir:

"DİM-in keyfiyyət idarəetmə sisteminin audit prosesi üç keyfiyyət aspekti üzə altı meyar və 53 alt meyar əsasında həyata keçirilib. Bu üsulla RCEC tam va dəlillərə əsaslanan keyfiyyət qiymətləndirilməsinə zəmanət verir".

Sonda audit prosesinin nəticəsi olaraq RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı M.Abbaszadəyə təqdim edilib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Niderland İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.

Избранный
8
5
report.az

7Источники