RU

Elman Nəsirov: "Bəxtiyar Hacıyev siyasi baxışına görə həbs edilməyib"

“Azərbaycan Xarici İşlər Nazirliyinin ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı mövqeyi qanunidir, ciddi əsaslara söykənir. Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı ayrı-ayrı dövlətlər və onların qurumlarının yanaşmaları ölkəmizin daxili işinə qarışmaqdır. Bu isə qəbuledilməzdir. Bəxtiyar Hacıyev heç bir halda tutduğu mövqeyə, siyasi baxışına görə həbs edilməyib. Onun həbsi konkret səbəblərə, konkret cinayət tərkibinə bağlıdır. İlk növbədə vergi fırıldaqçılığı, maliyyə cinayəti. Azərbaycanın daxili işi olan bir məsələyə ABŞ-nin Azərbaycandakı səfirliyinin müdaxilə etməsi də qəbuledilməzdir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib. 

 

“Yeri gəlmişkən, ABŞ-də bu tip cinayətlərə çox sərt cəzalar var. Həmin şəxsləri 30 ilə qədər həbs cəzası gözləyə bilər. Bu bir həqiqətdir. Nəzərə alsaq ki, ABŞ-nin əhalisi dünya əhalisinin cəmi 5%-ni təşkil edir, amma dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür. Xüsusilə, Bayden Administrasiyası dövründə bu rəqəm kəskin şəkildə artıb. Məhz ABŞ-ni məhz Bayden Administrasiyasının yeritdiyi siyasət ucbatından bəzən "xalqların həbsxanası" da adlandırıblar. Azərbaycan hüquqi, demokratik inkişaf yolunu seçmiş dövlətdir. Qanunun aliliyi dövlətin prioritet məsələsidir. Ölkəmizdə heç kim siyasi baxışına görə təqib olunmur. Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Ayrı-ayrı şəxslərin müdafiəsinin, onların "siyasi məhbus" elan edilmələrinin də heç bir əsası yoxdur”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 15 Yanvar 2025, 17:17   
Избранный
2
pravda.az

1Источники