RU

Ağ Şəhərdə mənzildə baş verən partlayış zamanı xəsarət alanların sayı AÇIQLANDI - VİDEO

Ağ Şəhərdə mənzildə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15 yanvar tarixində saat 14:30 radələrində Xətai rayonu, N.Gəncəvi parkı ünvanından partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbilə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 52 yaşlı şəxs isə (qadın cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona üzün, hər iki qulaq seyvanlarının, gövdənin, bud və baldırın arxa səthinin II və III dərəcəli yanığı diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir",- deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsi baş verib. Partlayış zamanı baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Milli.Az

Избранный
1
4
milli.az

5Источники