RU

“İnsanlıqdan, əxlaqdan uzaqdırlar!” - Tolik od püskürdü + VİDEO

Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) son vaxtlar əqli qüsurlu şəxslərin məsxərəyə qoyularaq videoya çəkilməsi və sosial şəbəkələrdə paylaşılmasına münasibət bildirib. 

O,  mövzu ilə bağlı "Instagram" hesabında video paylaşaraq cəmiyyətin bu davranışına sərt reaksiya göstərib və paylaşımında qeyd edib:

"Bəzən cəmiyyətimizdə mərhəmət və duyarlılıq maskası altında insanların davranışları tam əksini göstərir. Əqli qüsurlu və ya fiziki məhdudiyyətli insanları məsxərəyə qoyaraq sosial şəbəkələrdə diqqət çəkməyə çalışmaq həm insanlıqdan, həm də əxlaqdan uzaqdır. Belə davranış ciddi bir empatiya çatışmazlığından xəbər verir. Sizcə, bu məsələdə cəmiyyətin maarifləndirilməsi daha təsirli olarmı?"
T.Əliyevin bu çağırışı izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Çoxları onun fikirləri ilə razılaşaraq belə halların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb.

Избранный
4
2
yenilik.az

3Источники