RU

Müsavat fəalını amansızca öldürən direktor müavini dindirildi - MƏHKƏMƏ


Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün təqsirləndirilən şəxsin anket məlumatları yenidən dəqiqləşdirilib.

Sonra təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən Elsevər İslamov bildirib ki, hadisəni törədən zaman içkili olub: “Hadisə günü iş yoldaşımı “Koroğlu” metrosunun qarşısından götürdüm. Maşınımı məktəbin qarşısında qoydum. “Balakən” kafesinə yollandıq. Kafedə 2-3 saat əyləşdik. Yeyib-içdikdən sonra taksi ilə “Koroğlu” metrosunun qarşısına getdik. İş yoldaşım evə getdi. Mən isə fikrimi dəyişib maşınımı götürmək üçün məktəbə getdim. Məktəbə necə və nə ilə getdiyimi xatırlamıram. Məktəbə çatdım. Qapılar açıq, işıqlar sönülü idi. Sanitar qovşağa getdim. Qayıtdıqdan sonra dəhlizdəki stulda Natiqin yatdığını gördüm. Onunla münasibətim hər zaman yaxşı olub. Zarafat məqsədi ilə şəklini çəkdim. Yuxudan ayılmadı. Əlimlə taxtaya vurdum. Səsə ayıldıqda telefonu üzünə tutduğumu və şəkil niyə çəkdiyimi aqressiv formada soruşdu. Mən ona niyə qapıları açıq saxladığını, yatdığını və danışarkən niyə ayağa qalxmadığını soruşdum. O, isə cavabında mənə “içib gəlmisən üstümə, nə edəcəksən mənə”? deyərək söyüş söydü. Mən söyüşə görə onu vurdum. Natiq zərbədən yıxıldı və mən onun qarın və baş nahiyəsinə təpiklə təkrar zərbə vurdum. Sonra onu qaldıraraq stulda otuzdurdum və söyüş söyməyinin səbəbini soruşduqda Natiq yenidən söydü. Bu zaman başına bir yumruq vurdum. O, huşunu itirdi. Onun xırıldadığını və az sonra tərpənmədiyini gördüm. Ayağına vurdum, reaksiya vermədi. Nəbzini yoxladım, amma nəbzi vurmurdu”.

Təqsirləndirilən bildirib ki, səhərə az qalırdı və az sonra şagirdlər məktəbə gələcəkdi, bunun üçün izi itirməli idim və maşınımla meyidi kənarlaşdıracaqdım. Maşına yerləşsin deyə bıçaqla onu hissələrə ayırdım. Qara paketə yığıb məktəbin pilləkənlərinin altında gizlətdim. İki gün sonra məktəbdə DİM imtahan keçirəcəkdi deyə bu gün qapılara plomb vurulacaqdı və məktəbə heç kim buraxılmayacaqdı. Onun üçün elə həmin gün günorta heç kim olmayanda paketi götürüb apardım”.

Təqsirləndirilən Elsevər İslamov onu doğramamışdan öncə bıçaqla zərbə vurduğunu xatırlamadığını bildirib.

Daha sonra zərərçəkən şəxsin hüquqi varisi Yeganə Mehdiyeva ifadə verib.

Yeganə Mehdiyeva qardaşı ilə hər gün danışdığını və Natiqin də ona qısa zamanda cavab verdiyi bildirib: “Qardaşım söyüş söyən biri deyildi. Mən onunla hər gün danışırdım. Vaxtı olmayanda belə mənə geridönüş edəcəyini bildirirdi. Hadisə günü ona yazdım. Mənə iki gün cavab vermədi. Mən narahat oldum və qardaşım oğlu ilə əlaqə saxladım. Qardaşım oğlu mənə seçkilər ərəfəsi olduğunu və böyük ehtimal buna görə başının qarışıq olduğunu dedi. Ona qərargahdan maraqlanmağı tapşırdım. Qərargahın da ondan xəbərsiz olduğu cavabı ilə biz polisə müraciət etdik. Onun qətlə yetirildiyini də bizə polis dedi”.

Məhkəmənin növbəti prosesi 10 fevralda keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.

Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

Избранный
4
6
bakupost.az

8Источники