RU

Antonio Kassano “Barselona”ya məhəbbətini etiraf etdi

“Real”ın italyan keçmiş hücumçusu Antonio Kassano “qaymaqlılar”ın əzəli rəqibi “Barselona”ya olan məhəbbətindən söhbət açıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, Kassanonun “sevgi etirafı”nı təqdim edir:

“Mən “Real”da oynamışam, “Barselona”da oynamaq imkanım isə heç vaxt olmayıb. Amma mən “Barselona”ya aşiq olmuşam və hələ də onları sevirəm. Məni ən çox dəli edən, “Barsa”nın oyun tərzidir. Onlar təkcə qələbələr haqqında deyil, həm də futboldan həzz almaq haqda düşünürlər. Topa sahib olmaq, hücum oyunu. Heç bir digər komanda bunu eyni surətdə icra etmir. “Barsa” cəsarətli bir yanaşmaya malikdir, heç nədən qorxmurlar”, deyə Kassano məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Antonio Kassano “Real”da 2006-2008-ci illərdə çıxış edib. İtalyan futbolçu “qaymaqlılar”ın heyətində 29 oyuna 4 qol və 3 məhsular ötürmə ilə fərqlənib. Kassano “Real”la 2006/2007-ci illər mövsümündə İspaniya çempionatının qalibi olub.

Избранный
3
arena.az

1Источники