RU

Yeni reallıqlardan irəli gələn hədəflər…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Qaraçuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli qeyd edib ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı sonsuzdur: “Partiya bu inamı, etimadı qorumaq və daha da artırmaq üçün daim səylər göstərir. YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil də məhz xalqın partiyası olmasıdır. Növbəti bələdiyyə seçkiləri bu gerçəkliyi bir daha əks etdirəcək”.

Seçki qərargahının üzvü Rail Tağızadə, bələdiyyə üzvlüyünə namizədlər Əli Səbzəliyev, Səma Məmmədova və Bilal Quliyev YAP-ın seçki proqramında yeni reallıqlar və çağırışlardan irəli gələn mühüm hədəflərin əks olunduğunu bildirərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Избранный
3
yeniazerbaycan.com

1Источники