RU

Ermənistan: Qərbin “Troya atı” 

“ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bütün Cənubi Qafqaz ölkələri üçün çağırış və milli təhlükəsizliyə təhdiddir”.

Bu fikri “Cebheinfo.az”- a açıqlamasında rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko bildirib. 

O qeyd edib ki,  İrəvanın Qərbyönümlü siyasəti artıq tamamilə yeni, strateji xarakter daşıyan bir sənədlə möhkəmləndirilir və bu sənəd Ermənistanla ABŞ-nin siyasətini bir yumaq kimi birləşdirəcək: 

"Şübhəsiz ki, şərtləri Ermənistan deyil, əksinə, ABŞ diqtə edəcək. Vaşinqton Ermənistandan Cənubi Qafqazdakı böyük geosiyasi oyunda bir piyada kimi istifadə edəcək. Faktiki və hüquqi baxımdan Ermənistan Qərbin “Troya atı”na çevrilir.

Buradakı əsas məqsəd  ABŞ, xüsusilə Bayden administrasiyasının rəhbərliyi altında Fransa və Avropa İttifaqının Ermənistandan öz milli maraqlarının təmin üçün Cənubi Qafqazda “Troya atı” kimi istifadə etməsidir. Bununla bölgədə qeyri-sabitlik və dağıdıcı fəaliyyətlər yaradılacaq”.

Ekspert vurğulayıb ki, Ermənistanla Vaşinqton arasında strateji əməkdaşlıq əlaqələri açıq şəkildə İrəvanın artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını göstərir:

“Bu iştirakın müvəqqəti dayandırıldığı əvvəl açıqlansa da, faktiki olaraq Ermənistan KTMT-nin üzvü deyil və yaxın zamanda Paşinyan bunu hüquqi şəkildə təsdiqləyə bilər.

Praktiki baxımdan bu vəziyyətdən ən çox təsirlənəcək tərəf İran olacaq. Çünki Vaşinqton tərəfindən ABŞ-nin strateji tərəfdaşı və müttəfiqi olan Ermənistan İrana qarşı istifadə olunacaq. Ermənistan ərazisində İrana, eləcə də Türkiyə, Rusiya və Azərbaycana qarşı casusluq üçün yeni elektron kəşfiyyat məntəqələri yerləşdirilə bilər. Həmçinin, Ermənistan ərazisində ilk növbədə Fransa və ABŞ-nin hərbi bazalarının yerləşdirilməsi mümkündür, bu zaman Rusiya qoşunlarının bazaları boşaltması tələb oluna bilər.

Beləliklə, Ermənistan faktiki və hüquqi baxımdan Cənubi Qafqazdakı bütün ölkələr, o cümlədən hazırda Qərbin kütləvi informasiya və hibrid hücumlarına məruz qalan Gürcüstan üçün də düşmən, qeyri-dost dövlətə çevriləcək”.

Nəticədə, Ermənistanın ABŞ-nin strateji tərəfdaşı kimi indiki statusu Cənubi Qafqazın bütün ölkələri üçün həm siyasi, həm də hərbi baxımdan qarşıdurma yaradan bir vəziyyətdir”.

Избранный
6
cebheinfo.az

1Источники