RU

“RABİTƏBANK” ASC 2024-CÜ İL ÜZRƏ MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Rabitəbank 2024-cü ili mənfəət ilə başa vurub.

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövr üzrə Rabitəbank 14 milyon 851 min manat xalis mənfəət əldə edib.

Cari ildə Bankın aktivləri 1.4% artaraq 1 milyard 154 milyon manata çatıb.

KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA

Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.6 % artıb. Nəticədə ümumi kredit portfeli 848 milyon 92 min manata yüksəlib.

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 15.5% artaraq 399 milyon 112 min manata, o cümlədən, istehlak kreditləri portfeli 22.4% artaraq 293 milyon 398 min manata, ipoteka kreditləri isə 14.3% artaraq 155 milyon 582 min manata çatıb.

BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB

Ən sərfəli kredit üçün müraciət et

Избранный
5
banco.az

1Источники