Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni binanın inşası davam edir.
"Report"un Muğan bürosunun məlumatına görə, binanın 2026-cı ilin 1-ci rübündə istifadəyə verilməsi planlaşdırılır.
Xəstəxana binası 2 hektar sahədə inşa edilir. Səhiyyə ocağı 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.
Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.