RU

ABŞ dövlət katibi Antoni Blinkenə qarşı görünməmiş etiraz: Çıxışına müdaxilə edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə edib.
"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.
Zaldan "Soyqırımı naziri. Yüzlərlə günahsız insanın qanı əllərindədir", "Sonsuza qədər "qanlı Blinken" olaraq xatırlanacaqsınız" kimi ifadələr səsləndirilib.
Daha ətraflı videosüjetdə:
Избранный
8
1
oxu.az

10Источники