RU

Fransada bir sıra partiyalar yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır

Fransada LFI, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransua Bayrunun Milli Assambleyada ümumi siyasət bəyanatından sonra “Əyilməz Fransa” (LFI) partiyasının prezidenti, deputat Matild Pano yerli mətbuata müsahibəsində bildirib. M. Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq.

“İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır,” - deyə o vurğulayıb.

Sosialistlərin daxilində hökumətə qarşı etimadsızlıq səsverməsi məsələsində mövcud fikir ayrılıqlarına toxunan Matild Pano onların ağıllı qərar vermələrini istəyib. O qeyd edib ki, Yeni Xalq Cəbhəsinin (NFP) əsas məqsədi Emmanuel Makron siyasətinə son qoymaqdır.

Partiya sədri əlavə edib ki, hökumətin ümumi siyasət proqramını dəstəkləyənlər və makronist siyasətin davamlılığına yol açanlar özlərini de-fakto NFP-dən kənarda qoyurlar.

Избранный
3
3
xalqqazeti.az

4Источники