Sabirabad rayonunda 15 yaşlı yeniyetmə bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Osmanlı kəndində baş verib.
Aralarında yaranmış mübahisə zamanı Sabirabad rayonunun Osmanlı kənd sakini, 2009-cu il təvəllüdlü Bəybala Novruzov həmyaşıdı tərəfindən bıçaqlanıb.
Yeniyetmə sol budunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Xəlil Əliyev