"Qarabağ"ın sabiq qolkiperi, hazırda “Dinamo”nun (Moskva) formasını geyinən Andrey Lunyov Rusiya mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, “TASS” agentliyinə danışan qolkiper 2024-cü ildə ən yaddaqalan hadisəni xatırlayıb:
"Ötən il kifayət qədər məhsuldar, normal keçdi. 2024-cü ildə ən yaddaqalan hadisələr yəqin ki, Avropa Liqasındakı oyunlar oldu.
Konkret desək, təbii ki, "Bayer"lə matçları nəzərdə tuturam".
“Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə iki oyunun cəminə (2:2, 2:3) görə uduzmuşdu. 2024-cü ilin iyulunda Lunyov “Qarabağ”dan ayrılaraq “Dinamo”ya keçmişdi.