RU

ABŞ Dövlət Departamenti: Qəzzaya gündəlik yardımın həcmi 500 yük maşınına çatdırılacaq

Qəzza zolağına göndərilən humanitar yardımın gündəlik həcminin 500 yük maşınına çatdırılması planlaşdırılır.

"Report"un məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Bu, bir gecədə baş verməyə bilər, lakin biz yardımın gündəlik həcmini 500 yük maşınına çatdırmaq istərdik”, - o deyib.

"Təfərrüatlara gəlincə, mən sizi buna necə nail olmağın mütəxəssisi olan humanitar təşkilatlara istinad edəcəyəm. Lakin onlarla bütün söhbətlərimizə əsasən, əmindirlər ki, atəş dayandırıldıqdan sonra göndərilən humanitar yardımın həcmini artıra biləcəklər", - Miller əlavə edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq. Bununla yanaşı, İsrailin hərbi qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Избранный
6
1
report.az

10Источники