RU

Türkiyədən Dəməşqə yollar görünür... - 13 il sonra ilk

“Türk Hava Yolları” (THY) avişirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl kəsilən hava əlaqəsini bərpa edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi “X” hesabında yazıb.

Onun sözlərinə görə, “Turkish Airlines” Dəməşqə həftədə üç uçuş həyata keçirəcək. İlk uçuş yanvarın 23-də baş tutacaq.

Xatırladaq ki, Türkiyə ilə Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib.

Избранный
6
6
qafqazinfo.az

10Источники