RU

Fransanın ən böyük sevgi fırıldağı

Fransada sosial şəbəkədə Bred Pittlə tanış olduğuna inanan qadın dələduzların qurbanı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qadın, milyonçu ərindən boşanaraq "xərçəng müalicəsi" gördüyünü və Bred Pitt olduğunu deyən fırıldaqçıya aşiq olub. 53 yaşlı interyer dizayneri Anna sosial şəbəkədə tanış olduğu və Bred Pitt olduğunu düşündüyü fırıldaqçıya 830 min avro verdiyini iddia edib. Saxta "Brad Pitt” xərçəng müalicəsi, gömrük rüsumları və dəbdəbəli hədiyyə xərcləri kimi bəhanələrlə Annadan yüz minlərlə avro tələb edib. Fransız qadının aldadıldığını başa düşməsi səkkiz ay çəkib. Fırıldaqçıların qurbanı olan qadın ağır depressiyadan klinik müalicə alır. Bu hadisə Fransanın ən böyük sevgi fırıldağı kimi qeydə alınıb.

Избранный
41
sia.az

1Источники