RU

ABŞ ordusunun həkimi seksual zorakılığa görə 13,6 il həbs cəzası aldı

ABŞ ordusunun həkimi Maykl Stokinə 41 nəfərə qarşı seksual zorakılıq əməllərinə görə 13,6 il (164 ay) həbs cəzası kəsilib.

Teleqraf.com xəbər verir ki, Stokin bu əməllərini Vaşinqtondakı Luis-Makkord hərbi bazasında, tibbi yardım adı altında törədibmiş.

İstintaqın versiyasına görə, Stokinin qurbanları uzun müddət aldıqları travmalardan əziyyət çəkiblər. Bundan başqa, 41 zərərçəkəndən yalnız 22 nəfəri məhkəmədə ifadə verib. Hökm oxunan zaman Stokində "heç bir narahatlıq müşahidə olunmayıb".

Həkimin vəkili Robert Kapovilya deyib: "Mayor Stokin əməllərinə görə məsuliyyəti öz üzərinə götürüb və özünə bəraət qazandırmağa çalışmayıb".


Müəllif: Teleqraf.com
Избранный
29
teleqraf.com

1Источники