RU

Türkiyə Suriyaya uçuşları bərpa edəcək

Türkiyə Suriyaya uçuşları bərpa edəcək.

“Turkish Airlines” avişirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl kəsilən hava əlaqəsini bərpa edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru “Bilal Əkşi” “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, “Turkish Airlines” Dəməşqə həftədə üç uçuş həyata keçirəcək. İlk uçuş yanvarın 23-də baş tutacaq.

Türkiyə ilə Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra, demək olar, bir aylıq fasilədən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib.

Избранный
9
5
operativmedia.az

10Источники