RU

Pentaqon, Ostinin gizli xəstəxanaya yerləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb

Pentaqon,

ABŞ müdafiə naziri Lloyd Ostin 2024-cü ildə gizli xəstəxanaya yerləşdirildiyi vaxt koqnitiv funksiyalara təsir edən dərmanlar qəbul edib. Bu barədə Reuters, Pentaqonun araşdırmasına istinadən məlumat yayıb. 2 yanvar 2024-cü ildə Ostinin səlahiyyətləri onun müavini Ketrin Hiksə təhvil verilib.Pentaqonun müstəqil inspektoru qeyd edib ki, "2 yanvar səhəri nazir Ostin, koqnitiv funksiyalara təsir edə biləcək bir neçə fərqli dərman qəbul edib." Ostin 1 yanvar 2024-cü ildə planlı tibbi prosedurdan sonra yaranan fəsadlarla əlaqədar xəstəxanaya yerləşdirilib.Pentaqonun mətbuat xidməti 5 yanvarda bu barədə məlumat verərək bildirib ki, Ostinin səhhəti yaxşılaşır və o, ertəsi gün işə qayıtmağı planlaşdırır. Lakin Politico nəşri yazıb ki, Pentaqon üç gün ərzində müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Ağ Ev administrasiyasına məlumat verməyib.9 yanvar tarixində Uolter Rid Milli Hərbi-Tibbi Mərkəzi Lloyd Ostinə prostat vəzi xərçəngi diaqnozu qoyulduğunu və bu səbəbdən əməliyyat keçirildiyini elan edib. Əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən nazirin yenidən xəstəxanaya yerləşdirilməsi tələb olunub.Səidə Mustafa

Diqqət Çəkənlər

Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib

Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər

«Mənə hamı borcludur» kimi egosantrik yanaşmanı necə dəyişdirmək olar?

Избранный
9
ulusum.az

1Источники