RU

London və Paris Ukraynaya qoşun göndərməyi müzakirə edirlər

London

Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsi gündəmdədir.

Reyting.az
xəbər verir ki, bu barədə “The Telegraph” özəl mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gizli şəkildə Ukraynaya qoşun yeritməyi müzakirə edirlər.

Qeyd olunur ki, Keir Starmer və Emmanuel Makron münaqişəni sona çatdırmaq üçün mümkün razılaşma əldə edildikdən sonra Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvələr adı altında Ukraynaya göndərilməsinin yollarını arayırlar.

E. KAMAL
Избранный
21
reyting.az

1Источники