BMT-nin Baş katibi Antonio Quterreş COP29-da qəbul edilmiş qərarların tam şəkildə yerinə yetirilməsinə çağırıb.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir.
"Operativ Media"nın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2025-ci il üçün prioritetlərindən danışarkən Baş Assambleyaya müraciətində bildirib.