RU

Lənkəran “ASAN xidmət” mərkəzində son bir ildə 300 minə yaxın müraciətə baxılıb

Lənkəran rayonunda son bir il ərzində “ASAN xidmət” mərkəzinə 300 minə yaxın vətəndaş müraciəti daxil olub.

“İki sahil” xəbər verir ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi Lənkəran rayonu, həmçinin Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədlinin sözlərinə əsasən, mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.

Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 minə yaxın vətəndaş qəbul edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il yanvarın 16-da baş tutub.

Избранный
8
8
ikisahil.az

9Источники