RU

Türkiyə 13 il sonra Dəməşqə uçuşları bərpa edəcək


Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl dayandırılan uçuşları bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, “Türk Hava Yolları” Dəməşqə həftədə üç uçuş həyata keçirəcək. Ekşi bildirib ki, ilk uçuş yanvarın 23-də baş tutacaq.
Aviaşirkətin saytında yer alan məlumata görə, söhbət İstanbul-Dəməşq arasında uçuşlardan gedir.
Qeyd edək ki, Türkiyə və Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılıb.
Избранный
16
6
yeniavaz.com

7Источники