RU

İnsan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən necə yararlana bilərik? QHT sədri ilə MÜSAHİBƏ

QHT.az Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Eynulla Xeyrullayev ilə müsahibə aparıb. Müsahibədə ölkəmizdə insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, bu sahədə beynəlxalq təcrübənin əhəmiyyəti və QHT-lərin rolu müzakirə olunub. Həmçinin, beynəlxalq konvensiyaların Azərbaycanda tətbiqi səviyyəsi və bu istiqamətdə görülən işlərdən bəhs edilib.

Gəlin, Eynulla Xeyrullayevin fikirləri ilə tanış olaq.

 

QHT.az: Sizcə, Azərbaycanda insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən necə yararlanmaq olar?

Eynulla Xeyrullayev: İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda aparılan fəaliyyətlər hələ ilkin mərhələdədir. Baxmayaraq ki, bu istiqamətdə çox iş görülüb, bəzi sahələrdə zəifliklər var. Məsələn, sığınacaqlarda fəaliyyətlər, insan alveri qurbanlarının reabilitasiyası və potensial qurbanlarla iş sahəsində çatışmazlıqlar mövcuddur. Bu problemlər arasında sosial iş üzrə peşəkar kadrların və psixoloqların çatışmazlığını xüsusi qeyd etmək olar. Bundan əlavə, QHT-lərin koordinasiya və bu proseslərdəki rolu hələ tam inkişaf etməyib. Lakin biz inanırıq ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova bu istiqamətdə çox yaxşı fəaliyyəti ilə bu məsələlər tədricən həll ediləcək. Biz güman edirik ki, bu çətinlikləri və yaxud da bu zəiflikləri tezliklə aradan qaldırılacaq. Konkret normativlər, qaydalar və qurbanlara yanaşmanın standartları olmalıdır. Bu standartlar əsasında yanaşmalıyıq. Yəni ki, bu fərqli özünün düşündüyü hallar kimi yox, konkret istər qurbanlardan müsahibələrin alınması, onların məhkəmə proseslərində iştirakı məsələləri və yaxud da ki, onların reabilitasiya olunması, inteqrasiya olunması proseslərində bütün mərhələlərdə peşəkarlaşmış fəaliyyət göstərən təşkilatlar olmalıdır, şəxslər olmalıdır. Onların da bilik və bacarıqları ildən ilə artırılmalıdır. Yəni bütün bunların hamısı artıq bizim üçün gündəmdə olan məsələlərdir. nsan alveri qurbanlarının müsahibələrinin alınması, məhkəmə proseslərində iştirakı, reabilitasiyası və inteqrasiyası mərhələlərində daha standartlaşmış yanaşmalar tətbiq edilməlidir. Bu baxımdan ki, bilirsiz, indi getdikcə dünya dəyişir. İArtıq görürük ki, elektron resurslar getdikcə daha çox insanların həyatına təsir göstərir. Bununla yanaşı, süni intellekt və digər müasir texnologiyaların imkanlarından yararlanmaq vacibdir.

 

QHT.az: QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlığı insan alverinə qarşı mübarizəyə necə töhfə verə bilər?

Eynulla Xeyrullayev: Bu baxımdan, biz Türkiyənin təcrübəsindən yararlanmalıyıq. Türkiyədə insan alveri sahəsində fəaliyyət göstərən çoxsaylı peşəkar QHT-lər var və onların təcrübəsi dəyərlidir. Bu təşkilatlarla əməkdaşlıq edərək təcrübə mübadiləsi aparmaq, onların tövsiyələrindən yararlanmaq və mövcud çatışmazlıqları birgə həll etmək mümkündür. Bundan əlavə, insan alveri qurbanlarının olduğu ölkələrlə əməkdaşlıq genişləndirilməlidir. Həm polis əməkdaşları, həm də mütəlif QHT-lər bu məsələlərdə birgə fəaliyyət göstərməlidir. Bu əməkdaşlıq təcrübənin artırılmasına və qurbanlara daha effektiv yardımın göstərilməsinə kömək edəcək.

 

QHT.az: Sizcə, insan alverinə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların və sazişlərin Azərbaycanda tətbiqi hansı səviyyədədir?

Eynulla Xeyrullayev: Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində mütərəqqi addımlar atıb. Ölkəmiz Avropa Birliyi və BMT tərəfindən irəli sürülən bütün əsas konvensiyalara qoşulub və bu istiqamətdə öhdəliklər götürüb. Milli Fəaliyyət Planı təsdiq edilib və bu planın həyata keçirilməsinə daxili işlər nazirinin birinci müvavini nəzarət edir. Əmək və Əhaliyin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar da bu işdə fəal iştirak edir. Qeyri-hökumət təşkilatlarının bu prosesdəki əvəzsiz rolu xüsusi qeyd olunmalıdır. Ümumilikdə, beynəlxalq konvensiyaların Azərbaycanda tətbiqi bu sahədə fəaliyyətlərin daha da genişlənməsi və gücləndirilməsi üçün mühüm çərçivə yaradır.

Избранный
19
qht.az

1Источники