RU

Azərbaycan internetin orta sürətinə görə irəliləyib

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (65,59 MB/S) görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb ki, bu da noyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (330,98 MB/S), axırıncı yeri isə Kuba (2,96 MB/S) tutub.

Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə noyabr ayına nisbətən 1 pillə irəliləyərək 56,78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,20 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 58,31 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (322,91 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,04 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə noyabrdakı mövqeyində qalaraq 72,75 MB/S sürətlə 160 şəhər arasında 77-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (527,65 MB/S), sonuncu yeri Herat (8,84 MB/S) tutub.

Избранный
7
6
ucnoqta.az

8Источники