“Ayın sonuna qədər vəzifəmdən istefa verəcəyəm” – Rafael Ağayev
“Mən bircə ilk dəfə vitse-prezident olmağımı xatırlayıram. Ondan sonrakı 7-8 aylıq müddətdə keçirilən iclaslara dəvət olunmamışam”. Yeniavaz.com xəbər verir ki, bunu karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev “Sportlife”a müsahibəsi zamanı deyib. O bildirib ki, buna görə yanvar ayının sonuna qədər sözügedən vəzifədən istefa verərərk ayrılacaq. “Səbəblər çoxdur, başımı aşağıya salıb məşqimi edəcəyəm”, - R. Ağayev deyib.