“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi “Olimpiakos” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə əsas rəqibi “Panatinaikos”la qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab oyunu fevralın 5-də baş tutacaq.
Xatırladaq ki, Yunanıstan klubu yanvarın 30-da doğma meydanda “Qarabağ”la qarşılaşacaq və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi