RU

ABŞ ordusu tarixində ən böyük cinsi zorakılıq hadisəsini törədən hərbi həkimə hansı cəza verildi?

ABŞ-də Maykl Stokin adlı hərbi həkim Vaşinqton ştatındakı Lyuis-Makkord hərbi bazasında 41 xəstəyə cinsi təcavüz etdiyinə görə 13 ildən artıq həbs cəzasına məhkum edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Stars and Stripes" nəşri məlumat verib.

Məlumata görə, bu, ABŞ ordusunun tarixində məlum olan ən böyük cinsi zorakılıq hadisəsidir.

Mayor Stokinin əleyhinə 22 qurban ifadə verib. Əgər müttəhim günahını etiraf etmək qərarına gəlməsəydi, törətdiyi cinayətə görə maksimum cəza 250 ildən çox həbs müddəti olardı.

Stokin bütün gələcək ödənişlərdən məhrum ediləcək və qoşunlardan qovulacaq. Onun təqsirli olduğuna dair hökm çıxarıldıqdan sonra həkimin tibbi lisenziyası ləğv ediləcək, cinsi cinayətkarlar reyestrində qeydiyyata alınacaq, bir çox ştatlarda səs vermək və odlu silaha sahib olmaq hüququndan məhrum olacaq.

Bir neçə zərərçəkmiş hərbi qulluqçu ordudan 5 milyon dollar dəyərində təzminat tələb edir, çünki Stokin ona qarşı ilkin şikayətlərdən sonra belə xəstələri qəbul etməyə davam edirdi.

Mənbə: oxu.az

Избранный
5
1
oxu.az

2Источники