RU

Alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirildi, fəaliyyəti məhdudlaşdırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən, fiziki şəxs Ramin İttifaq oğlu Osmanova məxsus alkoqolsuz içkilərin emalı (limonad emalı) müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.
Oxu.Az-ın məlumatına görə, müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.
Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq sanitar-gigiyenik tələblər gözlənilmədən kustar üsulla içkilərin qablaşdırılmasında istifadə olunduğu, həmçinin içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında məhsulların təbii meyvələrdən hazırlandığı qeyd olunsa da siroplardan istifadə edildiyi məlum olub.
Faktla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, laborator müayinələrin aparılması üçün içkilərdən nümunələr götürülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Избранный
10
1
oxu.az

2Источники