RU

Diqqət: Bu məhsullarla bağlı HƏYƏCAN TƏBİLİ

İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək
istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.

Məsələ ilə bağlı qida məsələləri üzrə mütəxəssis, ekspert Ağa Salamov Demokrat.az-a verdiyi açıqlamada bildirib ki, İrandan Azərbaycana idxal olunan məhsullar arasında riskli qidalar da var:

“Qida məhsullarından əlavə kimyəvi təmizləyici vasitələrdə var ki, bu məhsullar ucuz olduğu üçün tələbat da çoxdur. Bir sözlə riskə gedə bilmərik və bütün təxribatlardan sığortalanmaq üçün  İran məhsullarından uzaq durmalıyıq. Ümumiyyətlə, İrandan Azərbaycana gələn bir sıra məhsullara qadağa qoyulmalıdır. AQTA-nın bu cür addım atması təqdirə layiqdir. Ümid edirik ki, bundan sonra daha da böyük addımlar atılar.  Genetik modifikasiya olunmuş məhsulların ölkəyə gətirilməsi qadağandır. Buna baxmayaraq sərgi üçün gətirilə bilər. Bu məhsulların bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrələrin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin tamamilə fərqli şəkildə davranmasına səbəb olur. Genetik modifikasiya olunmuş məhsullar insan geninə təsir edir. İnsanlar yedikləri qida ilə öz genlərini aktivləşdirib və ya passivləşdirə bilirlər. Bu da birbaşa gələcək nəsilə təsir edir”.

Leyla Turan
Demokrat.az
Избранный
7
demokrat.az

1Источники