RU

Kloze ilə Mahir arasında yenidən narazılıq yarandı

“Nürnberq” klubunun hücumçusu Mahir Emreli ilə baş məşqçi Miroslav Kloze arasında növbəti fikir ayrılığı yaranıb.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, M.Emrelinin oyunu ilə əlaqədardır. Məlumata görə, “İnqolştadt”a qarşı yoxlama matçında rəqib üçüncü liqa təmsilçisi olsa da, Kloze Emreliyə xüsusi nəzarət edib. Top rəqibdə olarkən Emrelinin oyunu baş məşqçini razı salmayıb. 

Qəzet yazır ki, Emreli qol vurmağına baxmayaraq, Kloze bir neçə dəfə uca səslə azərbaycanlı futbolçudan daha fəal olmağı və rəqibləri üzərinə daha intensiv hücum etməyi istəyib. 

“Texniki cəhətdən güclü, lakin bir qədər özünəməxsus hücumçu Klozenin etimadını tam qazanmaq üçün mübarizəni davam etdirməli olacaq”, - deyə qəzet yazır.

Nəşr güman edir ki, M.Emreli bu həftənin bazar günü “Karslue”yə qarşı keçiriləcək 18-ci turun oyununda da ehtiyatda qalacaq.

Qeyd edək ki, M.Emreli 17-ci turda “Ayntraxt”la oyunda ehtiyatda qalıb.

“Cebheinfo.az”

Избранный
8
1
cebheinfo.az

4Источники