RU

Rafael Ağayev vitse-prezident postundan istefa verəcək- Video

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, məşhur idmançı özü “Sportlife TV”  iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini bildirib:

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”.

Lakin R.Ağayevin açıqlamasında diqqətçəkən məqam isə onun Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan ayrılmasını deməsidir. Əslində, o, Azərbaycan Karate Federasiyasının deyil, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti olub.

Hansı ki, bu federasiyanın prezidenti Yaşar Bəşirovdur.

Y.Bəşirov saytımıza açıqlamasında R.Ağayevin Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident olduğunu təsdiq edib. Lakin o, o bildirib ki, istənilən halda Azərbaycan Karate Federasiyası R.Ağayevi iclaslara çağırmalı idi: “Bütün federasiyalar rəsmi tanınan Azərbaycan Karate Federasiyasının tərkibində birləşib. Amma bu istiqamətdə biz işləyirik. R.Ağayev hamımızın bir məqsədə xidmət etməsinə görə bunu deyib. Ola bilsin ki, nəyisə deyərkən düz ifadə etməyib. Onunla söhbətimiz olub. Nə deyibsə, hamısını da mənə deyib. Deyir ki, məni heç yerə çağırmırlar, mənimlə heç kim danışmır, niyə bura qalım? Biz hamımız karateyə xidmət edirik və o, da Azərbaycan Karate Federasiyasının iclaslarına çağırılmalıdır. Vəzifəsini kənara qoyaq, Rafael karatedə dünyanın bir nömrəli idmançısıdır. Onun seminarlarının bir günü 3 min avrodur. Bu təcrübədən istifadə etmək lazımdır. Niyə çağırılmasın? Ona görə də Rafael inciyir və haqlıdır”.

 

Избранный
4
5
oxu24.com

8Источники